Narkotik vasitə becərən şəxs məhkəmə zalında həbs edilib

Narkotik vasitə becərən şəxs məhkəmə zalında həbs edilib
# 01 may 2017 09:29 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq, tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Heydər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, o, 3 il müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, H. Piriyev ötən il sentyabrın 9-da saxlanılıb. O, evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik olan bitkiləri əkib. Əməliyyat zamanı 25 kol narkotik maddə olan bitki götürülüb.

H.Piriyev Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunub. İstintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR