Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
# 02 noyabr 2016 10:58 (UTC +04:00)

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misirdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təşkilatın baş katibi Taleb Rifai ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ümumdünya Turizm Təşkilatı arasında olan münasibətlər, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə edilib.

Ə. Qarayev “2017-ci il inkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və Ümumdünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib. O, təşkilatı Azərbaycanda bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.

Görüşdə dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb.

Nazirlikdən əlavə ediblər ki, Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR