Müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb
# 16 aprel 2017 11:41 (UTC +04:00)

Bu gün Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb.

 

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qiymətləndirmə 5 gün davam edəcək.

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 min nəfərdən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Bərdə Olimpiya İdman Kompleksində keçirilir.

 

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR