Medvedev: “Trampın siyasəti Rusiya ilə hərbi toqquşma riski yaradır”

Medvedev: “Trampın siyasəti Rusiya ilə hərbi toqquşma riski yaradır”
# 07 aprel 2017 17:39 (UTC +04:00)

Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

 

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Medvedev özünün “Facebook” səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

 

“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, - deyə o vurğulayıb.

 

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR