Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini Anatoliy Zeynalovun 3800 manat və 1000 ABŞ dolları pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Zeynalov saxlanılıb.