Hindistanda sərnişin avtobusu aşıb, 73 nəfər xəsarət alıb

Hindistanda sərnişin avtobusu aşıb, 73 nəfər xəsarət alıb
# 29 avqust 2016 18:44 (UTC +04:00)

Bakı-APA. Hindistanın mərkəzi bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 73 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 59-u xəstəxanalara yerləşdirilib.

Sərnişinlərin əksəriyyətini məktəblilər və dövlət təşkilatlarının əməkdaşları təşkil edib. Məlumata əsasən, Cabalpur-Kulla marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR