Stoltenberq: “NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır”

Stoltenberq: “NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır”
# 26 oktyabr 2016 20:19 (UTC +04:00)

Bakı-APA. NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

“Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər”, deyə Y.Stoltenberq bildirib.

Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: “Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq”.

Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR