Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub
# 24 oktyabr 2016 08:45 (UTC +04:00)

Bakı – APA. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Xorvatiya prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb.

Dövlət başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlayıb, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğulayıb. Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR