Əsəd hökuməti KSQT ekspertlərini “Şayrat” aviabazasına buraxmağa hazır olduğunu açıqlayıb

Əsəd hökuməti KSQT ekspertlərini “Şayrat” aviabazasına buraxmağa hazır olduğunu açıqlayıb
# 13 aprel 2017 05:06 (UTC +04:00)

Suriya Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) ekspertlərini zarin maddəsinin mövcudluğunu yoxlamaq üçün "Şayrat" aviabazasına  buraxmağa hazırdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT yanındakı daimi nümayəndəsi Bəşər Cəfəri Təhlükəsizlik Şurasının iclasında bildirib.

 

“Biz KSQT-nin direktoru Əhməd Uzümçüyə məktub göndərərək Xan-Ceyhun şəhəri və “Şayrat” aviabazasına qərəzsiz və peşəkar missiya göndərilməsini xahiş etmişik. Xan-Şeyhun şəhərində baş verənlərə aydınlıq gətirilməsində ən çox Suriya hökuməti maraqlıdır”, deyə B.Cəfəri qeyd edib.

 

Qeyd edək ki, aprelin 4-də Xan-Şeyhun şəhərində kimyəvi silahla törədilən hücum zamanı onlarla insan ölüb. Rəsmi Dəməşq hadisəyə aidiyyətinin olmadığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR