Bakıda minik maşını sərnişin avtobusuna çırpılıb

Bakıda minik maşını sərnişin avtobusuna çırpılıb
# 13 fevral 2016 09:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva prospektində qeydə alınıb.

“Chevrolet” markalı, 99 CX 101 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən, 5 nömrəli, 99 HJ 199 dövlət nömrə nişanlı “BakuBus” avtobusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR