Ötən ay Azərbaycanın magistral neft kəmərləri ilə 4 mln. tona yaxın neft nəql edilib

Ötən ay Azərbaycanın magistral neft kəmərləri ilə 4 mln. tona yaxın neft nəql edilib
# 20 fevral 2016 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvarında Azərbaycanın magistral neft kəmərləri ilə 3,7 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 79,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2,91 mln. ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 0,4 min ton tranzit nefti də nəql edilib.

Ötən ay ərzində magistral qaz kəmərləri ilə 2,1 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9% azalma müşahidə olunub.

Qazın nəqlinin 31,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 662,7 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR