Referendumla əlaqədar səsvermə bülletenlərinin çapına başlanıb

Referendumla əlaqədar səsvermə bülletenlərinin çapına başlanıb
# 08 avqust 2016 08:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb.

APA-nın məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.

MSK sədri M. Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, say və hazırlanma qaydalarına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 ədəd bülleten çap olunması qərara alınıb.

Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək. Eyni sayda bildiriş də çap olunacaq.

M. Pənahov bildirib ki, ilkin olaraq bülletenlər ucqar dairələrə göndəriləcək.

Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR