İqtisadiyyat naziri Serbiyaya gedir

İqtisadiyyat naziri Serbiyaya gedir
# 05 noyabr 2016 11:24 (UTC +04:00)

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya höküməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilən və baş podratçısı Azərbaycanın "AzVirt MMC" şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək.

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, ikitərəfli əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR