Məhkəmə "Azərbaycan Dəmir Yolları”nın “Azərenerji"yə qarşı iddiasını təmin edib

Məhkəmə "Azərbaycan Dəmir Yolları”nın “Azərenerji"yə qarşı iddiasını təmin edib
# 16 avqust 2016 08:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin “Azərenerji” ASC-yə qarşı iddiası üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, QSC iddia ərizəsində torpaq sahəsinin qeydə alınması və texniki pasporta düzəliş edilməsini istəyib. Məhkəmədə üçüncü şəxs qismində “Azneft” İstehsalat Birliyi çıxış edib.

Qərarla razılaşmayan “Azərenerji” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə yaxın günlərdə baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR