Rusiya XİN: Bəşər Əsəd istefa versə, Suriya dövlət kimi dağılacaq

Rusiya XİN: Bəşər Əsəd istefa versə, Suriya dövlət kimi dağılacaq
# 15 fevral 2016 11:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Prezident Bəşər Əsəd istefa versə, Suriya dövlət kimi dağılacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Almaniyanın "Spiegel" dərgisinə müsahibəsində bildirib.

"Əsəd indi getsə, Suriya dövlət kimi dağılacaq. Bunu bu gün hətta amerikalılar da bu cür görür", - deyə Rusiya XİN başçısının müavini qeyd edib.

G. Qatilov B. Əsədin Suriyanın legitim prezidenti olduğunu da söyləyib: "Amerikalılar heç vaxt "gəlin Suriyanı kimin idarə edəcəyi barədə birgə qərar verək" deyə bizdən soruşmayıblar. Biz heç vaxt belə şeylərlə məşğul olmamışıq. Bu haqda suriyalılar özləri qərar verməlidirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR