Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il ərzində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində elektrik enerjisi istehlakçılarında 1 326 texniki, 377 təkrar, 219 kompleks araşdırma aparılıb.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə nazirliyin təsdiq etdiyi iş planına əsasən “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 330/220/110 kV-luq “Yaşma”, 330/110/10 kV-luq “Ağstafa”, “Şirvan” İES MMC, “Xaçmaz İES” MMC, ”Bakı İES” MMC, 220/110/10 kV-luq “Sənaye Qovşağı”, 220/110/35/6 kV-luq “Nizami”, 110/35/10 kV-luq “Göyçay”, “Bərdə”, “Kürdəmir”, İsmayıllı, 110/35/6 kV-luq “Tərtər”, 110/35/6 kV-luq “Puta”, “Sumqayıt 3”, 110/35/6 kV-luq 135 və 205, 110/10 kV-luq “Təmizşəhər”, 110/35/6 kV-luq 203 saylı yarımstansiyalarında elektrik qurğularında avadanlıqların texniki istismar, təhlükəsizlik texnikası qaydalarına və yanğın təhlükəsizliyinə əməl olunmasının vəziyyəti üzrə araşdırmalar aparılıb və müvafiq aktlar tərtib edilib. Yarımstansiyalarda olan qüsur və çatışmazlıqların aradan qaldırılması üçün REŞ-lərin rəhbərlərinə və məsul şəxslərə icrası məcbur olan akt-tələbnamələr verilib.
“Azərişıq” ASC-nin RET və Sİ-nin istismar şöbələrində, 110/35/10 kV-luq “Şıx”, “Dərnəgül-2”, 110/35/6 kV-luq “Sanqaçal” 110/35/10 kV-luq “Günəşli”, “Əhmədli”, “Dağlıq”, “Müşviq”, “Bakıxanov”, “Radiozavod”, və “Badamdar” yarımstansiyalarında kompleks araşdırmalar aparılıb, 35/10-6 kV-luq yarımstansiyalara, 10/0,4 və 6/0,4 kV-luq TM-lərə baxış keçirilib.
Aşkar olunmuş pozuntularla əlaqədar, “Azərişıq” ASC-nin 33 TM və 6 kabel və hava xəttinin istismarına qadağa qoyulub və ASC-nin 30 vəzifəli şəxsinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, inzibati protokol tərtib edilib. Pozuntuların aradan qaldırılması üçün həlli vacib olan tələbnamələr verilib.
İl ərzində Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələrinin əməkdaşları
tərəfindən 3 375 inzibatı protokol tərtib edilərək, 365 025 manat məbləğində cərimə tətbiq edilib və ödənilməsi təmin edilib.
Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində 2015-ci il ərzində “Azərişıq” ASC-nin Bakı şəhəri üzrə elektrik enerjisi ilə təchiz etdiyi ərazilərdə (123 obyekt - gücü 10391 kVt və 60436 kVA), regional bölmələr üzrə (gücü 4684,5 kVt və 6596 kVA olmaqla 479 obyekt), ümumi sayı 703 obyektin gücü 15857,3 kVt və 67894 kVA olmaqla “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozaraq, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulmuş obyektlərin sayı 13,2% azalıb. 2015-ci il ərzində aşkar edilmiş 703 obyektdən 78 obyektin fəaliyyəti dayandırılıb, həmçinin 543 obyekt sonradan sənədləşdirilib, 124 istehlakçının elektrik qurğu və avadanlıqlarına qadağalar qoyulub. Obyektlərin qaydalara əməl etmədən qoşulmasına görə obyektlərin məsul şəxslərinə və enerji təchizat müəssisələrinin vəzifəli şəxslərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun inzibati cərimələr tətbiq edilib.