Rusiya sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşı 7 aylıq həbs olunub

Rusiya sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşı 7 aylıq həbs olunub
# 22 yanvar 2016 15:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya məhkəməsi ölkə sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşını 7 ay müddətinə azadlıqdan məhrum edib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Bryansk vilayətinin Surajskiy rayon məhkəməsi Rusiya sərhədinin qanunsuz keçən adı açıqlanmayan 40 yaşlı Azərbaycan vətəndaşı barədə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 7 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.

Qeyd edək ki, ötən il avqustun 22-də Rusiyaya girişi qadağan olunan Azərbaycan vətəndaşı Belarus Respublikasına gələrək oradan avtomobillə Rusiya ərazisinə keçmək istəyərkən sərhədçilər tərəfindən yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR