BP ötən il BTC-yə yatırılan investisiyanın həcmini açıqlayıb

BP ötən il BTC-yə yatırılan investisiyanın həcmini açıqlayıb
# 29 fevral 2016 11:33 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 155 mln. dollar, əsaslı xərclərə isə 57 mln. dollar xərclənib.

"BP-Azərbaycan"dan "APA-Economics"ə verilən məlumata görə, 1 768 km uzunluğa malik BTC 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümumilikdə təxminən 2,36 mlrd. barel (315 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3 112 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2015-ci ildə BTC vasitəsilə təqribən 35 mln. ton (262,8 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 361 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən Azəri-Çıraq-Günəşli nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

BTC-nin səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İtochu (3,40%); İnpex (2,50%), ConocoPhillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR