Banklar ikinci aydır, ipoteka krediti vermir

Banklar ikinci aydır, ipoteka krediti vermir
# 08 avqust 2016 13:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. İyun ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, may ayında olduğu kimi iyunda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, bu ilin I yarısında banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.

İyun ayında dövlət büdcəsindən AİF-ə 4,4 mln. manat ayrılıb. Bununla da, bu il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 23,1 mln. manata çatıb.

Bu ilin iyun ayında AİF 2,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Əvvəlki 5 ayda olduğu kimi iyunda da fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin iyulun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 882,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,70%, aylıq ödəniş isə 296,3 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR