Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanların müdafiəsi ilə bağlı reklam löhvələrində adının səhv yazılmasına aydınlıq gətirib

Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanların müdafiəsi ilə bağlı reklam löhvələrində adının səhv yazılmasına aydınlıq gətirib
# 03 iyun 2015 12:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bakıda üzərində “Hər canlı ağrını insan kimi hiss edir. Onlara əzab verməyin!” sözləri yazılmış reklam löhvələrindəki “Dövlət Baytarlıq Komitəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi” qeydi tez bir zamanda aradan götürüləcək. Azərbaycanda Dövlət Baytarlıq Komitəsi adlı qurum yoxdur”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y. Xanvəlinin sözlərinə görə, reklamlar Bakıda fəaliyyət göstərən baytarlıq müalicəxanası tərəfindən sifariş verilib: “Həmin reklamların Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə heç bir aidiyyəti yoxdur. Biz reklamı sifariş verən baytarlıq müalicəxanasının əməkdaşları ilə artıq görüşmüşük. Onların nəzərinə çatdırılıb ki, reklamdakı “Dövlət Baytarlıq Komitəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi”nin əvəzinə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” adı qeyd olunsun. Ya da ki, şitlərdə reklamı sifariş verən baytarlıq müalicəxanasının adı yazılsın”.

Y. Xanvəli qeyd edib ki, baytarlıq müalicəxanasının əməkdaşları reklamdakı səhvin qısa müddət ərzində aradan qaldırılacağına söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR