Alim: “Bakıda qrunt sularının qalxmasının Xəzərin səviyyəsi ilə bağlılığı var”

Alim: “Bakıda qrunt sularının qalxmasının Xəzərin səviyyəsi ilə bağlılığı var”
# 23 noyabr 2016 14:33 (UTC +04:00)

“Bakı və Abşeronda qrunt sularının səviyyəsinin qalxmasının Xəzər dənizinin səviyyəsi ilə kəskin bağlılığı var”.

Bunu APA-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

“1995-ci ildə Xəzər dənizinin səviyyəsi mənfi 26,5 metrə qalxmışdı. O zamanda Abşeron yarımadasında qrunt sularının səviyyəsini ölçən quyular var idi. Məsələn, həmin vaxt köhnə avtovağzalın yanında yerləşən quyuda qrunt sularının səviyyəsi 22 metrə qalxmışdı. Amma qrunt sularının səviyyəsinin qalxmasını təkcə Xəzər dənizinin səviyyəsi ilə bağlamaq da düz deyil. Çünki bu il Abşeronda görünməmiş yağıntılar olub ki, bu amilin də heç şübhəsiz təsiri var” – deyə akademik qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR