Burhan Kuzu: “Prezident üsul-idarəsinə keçmək Türkiyə tarixinin ən mühüm hadisələrindən biridir”

Burhan Kuzu: “Prezident üsul-idarəsinə keçmək Türkiyə tarixinin ən mühüm hadisələrindən biridir”
# 02 may 2017 14:48 (UTC +04:00)

“Prezidentin partiya üzvü olması siyasi sistemi daha da təkmilləşdirəcək”.


Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olmasını şərh edən partiyanın Mərkəzi Qərar və İcra Şurasının üzvü, ölkənin prezident üsuli-idarəsinə keçməsi üçün həyata keçirilən Konstitusiya dəyişikliyi layihəsinin müəlliflərindən olan Burhan Kuzu deyib.

 

“Turqut Özalın vaxtından bəri Türkiyənin prezident üsul-idarəsinə keçməsini müdafiə etmişdiniz. 16 apreldəki referendumdan sonra prezidentin yenidən partiya üzvü olması siyasi sistemin işləməsinə necə təsir göstərəcək?” -  sualına professor Burhan Kuzu belə cavab verib: “Prezident üsul-idarəsinə keçmək Türkiyə tarixinin ən mühüm hadisələrindən biridir. Bilirsiniz ki, müstəqillik əldə edəndən sonra türk cümhuriyyətlərinin hamısı prezidentlik sistemi ilə idarə edilir, Türkiyənin də o sistemə keçməsi tamamilə məntiqli olub, ölkənin inkişafı üçün mühüm bir mərhələnin başlanğıcını təşkil edir. Prezidentin partiya üzvü olması Konstitusiyada edilən dəyişikliklə mümkün oldu və yeni sistemi təkmilləşdirmə məqsədi daşıyır. Çünki yeni siyasi sistemdə dövlət başçısının Məclisdə və cəmiyyətdə də güclü olması lazımdır ki, bunun ən optimal yolu prezidentin siyasi təşkilat lideri olmasından keçir. 16 aprel referendumundan sonra Türkiyə bir çox işi nəzərdə tutulduğundan daha sürətlə həyata keçirmək məcburiyyətindədir. 21 maydakı fövqəladə qurultayımızda hörmətli prezident Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu partiyanın liderliyinə seçiləcək və beləliklə, ölkəmizin inkişafı yolunda daha bir mərhələ arxada qalacaq. Prezidentlik sistemi ilə idarə edilən türk cümhuriyyətlərin hamısına uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR