ABŞ neft qaçaqmalçılığı ilə əlaqəli İŞİD silahlılarına qarşı sanksiyalar tətbiq edib

ABŞ neft qaçaqmalçılığı ilə əlaqəli İŞİD silahlılarına qarşı sanksiyalar tətbiq edib
# 12 fevral 2016 05:11 (UTC +04:00)

Bakı-APA. ABŞ Maliyyə Nazirliyi İraq və Suriya ərazisindən neft qaçaqmalçılığı ilə əlaqəli İŞİD terror qruplaşmasının üç silahlısına qarşı sanksiyalar tətbiq edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

“ABŞ Maliyyə Nazirliyi qruplaşmada neftin satışına görə məsul şəxs hesab edilən Feysal əl-Zəhrani, əcnəbi silahlılar üzrə əlaqələndirici Hüsehn Cuatini və səhra komandiri Türki əl-Binəliyə qarşı sanksiyalar tətbiq edib. Maliyyə Nazirliyi bu tədbirləri İŞİD-in İraq və Suriya ərazisindən neft satmaqla qanunsuz neft satışından gəlir əldə etmək qabiliyyətini ləğv etmək məqsədilə həyata keçirir. Tədbirlər qeyd olunan şəxslərin beynəlxalq maliyyə sisteminə daxil olmasına qadağa qoyulmasını nəzərdə tutur”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR