"PAŞA Bank"ın Türkiyədəki törəməsi aktivlərini 35% artırıb

"PAŞA Bank"ın Türkiyədəki törəməsi aktivlərini 35% artırıb
# 31 oktyabr 2016 13:32 (UTC +04:00)

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" cari ilin 9 ayında aktivlərini 35% artırıb. "APA-Economics" xəbər verir ki, bunu bankın baş icraçı direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 50% artıb.

"Türkiyə iqtisadiyyatında müşahidə olunan dinamika, xarici sərmayəyə olan ehtiyac "PAŞA Bank" kimi banklara yeni fürsətlər verir. Türkiyə iqtisadiyyatının müxtəlif sektorlarına öz töhfəmizi vermək istəyirik. Gənc bir bank olmağımıza baxmayaraq, qısa müddət ərzində üst sıralara çıxmağı bacardıq", - deyə C. Eynehan bildirib.

"PAŞA Bank"ın Gürcüstanda da törəməsinin olmasına işarə edən baş icraçı direktor qeyd edib ki, bank Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı vasitəsilə sinerji yaratmağı bacarıb: "Bizim əsas məqsədlərimizdən biri bu ölkələr arasında ticari əməliyyatları maliyyələşdirmək və bununla da ölkələr arasında ticarət dövriyyəsinin artımına səbəb olmaqdır".

C. Eynehan əlavə edib ki, bank 2017-ci ildə kredit portfelini 25% böyütməyi qarşısında şərt qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR