Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki “Qağayı” düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.