“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib

“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilib
# 21 noyabr 2016 13:29 (UTC +04:00)

19 noyabrda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində növbəti təlim keçirilib. IDEA-dan APA-ya verilən məlumata görə, noyabr laboratoriyası “Çirklənmə və onun növləri” mövzusuna həsr olunub.

Noyabr təlimində az təminatlı ailələrdən olan və valideynlərindən birini itirmiş uşaqlar iştirak edib.

“Kiçik ekoloqlar”a çirklənmənin növləri, su və atmosfer çirklənməsinin səbəbləri, hava çirklənməsinin insan sağlamlığına, ətraf mühitə, ozon qatına və iqlim dəyişikliyə təsirləri izah olunub.

Təlimin gedişində uşaqlar su və hava çirklənmələrini bir sıra laboratoriya sınaqları vasitəsilə də müşahidə edib, müxtəlif materiallardan istifadə etməklə mövzu ilə əlaqəli kiçik “sənət əsərləri” hazırlayıblar.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR