Palata: Azərbaycanda bu ilin 6 ayı ərzində 30 milyon manatadək büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib

Palata: Azərbaycanda bu ilin 6 ayı ərzində 30 milyon manatadək büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib
# 01 noyabr 2016 12:54 (UTC +04:00)

Azərbaycanda bu ilin 6 ayı ərzində 26,8 mln. manat büdcə vəsaiti təyinatı üzrə istifadə edilməyib.

APA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər” başlıqlı məqaləsində qeyd edib.

Hesablama Palatası tərəfindən 2014-2015-ci illərdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müvafiq olaraq 18 mln. manat və 49 mln. manat məbləğində vəsaitin Vahid Büdcə Təsnifatının iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyi müəyyən olunub: “2016-cı ilin altı ayı üzrə isə bu məbləğ 26,8 mln. manat təşkil edib. Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili təyinat dəyişikliyinin daha çox icra prosesində rast gəlinməsi ilə yanaşı, problemin proqnozlaşdırılma dövründə də mövcud olduğunu göstərir. Eyni zamanda vəsaitlərin icrası zamanı təyinatın dəyişdirilməsi bir çox hallarda yenə də proqnozlaşdırma prosesinə əsaslı yanaşmanın tətbiq edilməməsi ilə bağlıdır”.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, qurum kənar maliyyə nəzarətinin həyata keçirilməsi zamanı audit olunan qurumlarda vəsaitin təyinatının dəyişdirilməsi hallarına demək olar ki, əksər hallarda rast gəlməkdədir.

V. Gülməmmədov büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi istiqamətlərinin də açıqlayıb. Bura vəsaitlərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı xərclər smetasında nəzərdə tutulmamış istiqamətlərə yönəldilməsi, büdcə təsnifatı ilə nəzərdə tutulmuş istiqamətlər üzrə vəsaitlərin müəyyən edilmiş qaydaya uyğun olmadan yerdəyişməsi, digər mənbələr hesabına maliyyələşdirilməli olan xərclərin büdcə vəsaitləri hesabına ödənilməsi, büdcə təşkilatlarının fəaliyyəti ilə bağlı olmayan xidmət və işlərin ödənilməsi, subsidiya və subvensiyaların verilməsi şərtlərinə riayət edilmədən istifadəsi və malların (işlərin və xidmətlərin) orta bazar qiymətlərindən baha qiymətə alınması daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR