Qubada traktor və dərman səpən yanıb

Qubada traktor və dərman səpən yanıb
# 19 yanvar 2016 11:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Amsarqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadrat metr olan talvarın yanar konstruksiyaları, talvarın altında "YUTA" markalı traktorun, "VULKAN" markalı dərman səpən qoşqunun yanar hissələri, 5 ton gübrə və 8 kub m odun yanıb.

Talvara bitişik olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR