Moskva Xəzərin hüquqi statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə bildirib.
"Bu gün həmçinin Xəzəryanı ölkə başçılarının V sammitinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaq istərdim. Biz hə\min sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanacağına ümid edirik", - deyə rusiyalı nazir vurğulayıb.
Rəsmi Moskva bundan əvvəl Xəzərin hüquqi statusuna dair Konvensiyanın 2017-ci ilin əvvəllərində imzalanacağını real hesab etdiyini bəyan etmişdi.
Növbəti sammitin Qazaxıstanda keçirilməsi nəzərdə tutulsa da, tarix hələlik dəqiqləşməyib.