Şəki Fransanın Kolmar şəhəri ilə qardaşlaşıb - FOTO

Şəki Fransanın Kolmar şəhəri ilə qardaşlaşıb - <span style="color: red;">FOTO
# 20 may 2015 07:07 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu qardaşlaşmanı rəsmiləşdirmək üçün Kolmar şəhərinin meri Jilber Meyerin rəhbərlik etdiyi nümayəndə heyəti Şəkidə olub. Xartiyanı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer imzalayıblar.

Qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə təqdimatda diqqətə çatdırılıb ki, Şəki ilə Kolmar şəhərləri arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub. Həmin dövrdə Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib, şəhərlə yaxından tanış olublar. Səfərin nəticəsi olaraq bu şəhərlər arasında əlaqələrin daha da genişləndirilməsi qərara alınıb.

Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən mer Jilber Meyer Şəki ilə Kolmar şəhərləri arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırıb. Şəkini Qafqazın mirvarisinə bənzədən qonaq şəhərlər arasında dostluq Xartiyasının imzalanmasından böyük qürur hissi keçirdiyini vurğulayıb. Mer bildirib ki, indiyədək Kolmar 7 şəhərlə bu cür sənəd imzalayıb.

İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR