Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda qeydə alınıb.
İki “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Gəncə şəhər sakinləri, 1982-ci il təvəllüdlü Fərasət Məlikov və 1992-ci il təvəllüdlü Elnur Elbəgiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.