Dağlıq Qarabağda meyiti tapılan erməni əsgərin işgəncə ilə öldürüldüyü müəyyənləşib

Dağlıq Qarabağda meyiti tapılan erməni əsgərin işgəncə ilə öldürüldüyü müəyyənləşib
# 06 sentyabr 2016 08:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu il iyunun 17-də işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki idman meydançalarından birində cəsədi aşkarlanan əsgər Hrant Qriqoryanın odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu nəticəni məhkəmə-tibbi ekspertiza açıqlayıb. Əsgərin atası Qaruş Qriqoryan bildirib ki, oğlunun cəsədində güllə yarası izləri olub.

Xatırladaq ki, faktla bağlı cinayət işi açılıb, bölük komandiri V. Balayan həbs edilib. O, tabeliyində olan əsgəri təhqir edərək döyməkdə günahlandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR