Bakı-APA. İŞİD terror qruplaşması dərc etdiyi rəsmi bəyanatda İndoneziyanın paytaxtı Cakartada törədilən silsilə partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hücumlar zamanı terrorçuların hədəfi xarici vətəndaşlar olub.
Qeyd edək ki, terror aktları nəticəsində, ümumilikdə, Kanada vətəndaşı daxil olmaqla 7 nəfər ölüb, 7 nəfər yaralanıb.