AVCİYA AŞPA üzvlərini Azərbaycanla bağlı qətnamələrin lehinə səs verməyə çağırıb

AVCİYA AŞPA üzvlərini Azərbaycanla bağlı qətnamələrin lehinə səs verməyə çağırıb
# 25 yanvar 2016 08:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərinə müraciət edib.

APA-nın quruma istinadən verdiyi məlumata görə, müraciətdə sabah AŞPA-da Azərbaycanla bağlı müzakirə ediləcək iki qətnamə layihəsinin qəbuluna səs verməyə çağırılır.

Bildirilir ki, ingiltərəli deputat Robert Volter “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və bosniyalı deputat Miliça Markoviç “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələri hazırlamaq üçün Azərbaycana səfər edərək işlədikləri məruzənin bütün incəliklərini araşdırıblar: “Onların belə bir missiya ilə Ermənistana səfər etmək istəkləri isə bu ölkə tərəfindən rədd edilib. Çünki işğalçı ölkə rəhbərliyinin məruzəçilərə deyə biləcəyi nəsə yox idi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR