Marneuli-Tiflis mağistral yolunda ağır yol-qəzası olub, ölən var

Marneuli-Tiflis mağistral yolunda ağır yol-qəzası olub, ölən var
# 05 oktyabr 2015 21:34 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 5-də Marneuli -Tiflis magistral yolunun 25 kilometrliyində ağır yol qəzası baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dumanlı və yağışlı hava şəraitində "Opel" markalı avtomobil QRR 215 nömrəli digər "Opel Astra" avtomobilinə çırpılıb. Zərbənin gücündən nömrəsi müəyyən edilməyən birinci "Opel" markalı avtomobil dərəyə yuvarlanıb. Naməlum sürücü hadisə yerində ölüb. Hadisə ilə bağlı yol patrul xidməti əməkdaşları, təcili yardım maşınları qəza yerinə gəliblər. Həkimlər ağır vəziyyətdə olan qadına ilk tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparıblar.

Ölən sürücünün kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb. Digər sürücü və sərnişinləri isə yoldan ötən sürücülər şəxsi maşınlarla xəstəxanaya aparıblar.

Qeyd edək ki, həmin dəqiqələrdə daha bir yol qəzası sayəsində yük maşını yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR