İrandan olan qaçqınlar ağızlarını tikərək Kaledə düşərgənin sökülməsinə etiraz ediblər

İrandan olan qaçqınlar ağızlarını tikərək Kaledə düşərgənin sökülməsinə etiraz ediblər
# 03 mart 2016 03:31 (UTC +04:00)

Bakı-APA. İrandan olan 8 miqrant ağızlarını tikərək Fransanın Kale şəhərində yerli hakimiyyət qurumlarının qaçqın düşərgəsinin sökülməsinə dair qərarına etiraz ediblər. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edən miqrantlar əllərində plakatlarla düşərgənin ərazisində yürüş keçiriblər.

Məlumata görə, etiraz edən iranlı etirazçıların düşərgədə məskunlaşdığı daxma fevralın 29-da uçurulub.

Qeyd edək ki, fevralın 29-dan etibarən Kaledəki qaçqın düşərgəsi Fransanın müvafiq qurumları tərəfindən sökülməyə başlayıb. Düşərgədə 4 mindən çox qaçqın məskunlaşıb. Söküntü işləri zamanı polis miqrantlara qarşı gözyaşardıcı qadan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR