Şabran. Vəli Turan - APA. Bu gün axşam saatlarında Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran - Pirəbədil yolunun 5-ci kilometrliyində qeydə alınıb. "Moskviç" markalı, 10 TR193 və "QAZ 33021" markalı, 31 BC 730 nömrə nişanlı maşınların toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.