Azərbaycanda hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb

Azərbaycanda hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb
# 25 yanvar 2016 08:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda yanvarın 24-ü gündüzdən 25-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub. Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR