APA-nın “armenianreport.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər nazirini müavini Şavarş Köçəryan bildirib.
“Bəli, patriarxın açıqlamasından sonra onların mətbuat xidməti məsələyə aydınlıq gətirərək həmin fikirlərin “erməni soyqırımı”na aid olmadığını dedi. Lakin hesab edirəm ki, istənilən halda bu açıqlama olduqca uğursuz alınıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, “Rossiya 1” telekanalına müsahibəsində bütün Rusiyanın patriarxı Kiril Osmanlı imperiyasında yaşayan xristian azlıqların məhv edilmədiyini deyib.