Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
"APA-Economics"in məlumatına görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 1,16% azalaraq 31,55 dollar təşkil edib.