Çavuşoğlu ilə Kerri arasında telefon danışığı olub

Çavuşoğlu ilə Kerri arasında telefon danışığı olub
# 30 sentyabr 2016 19:39 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Sentyabrın 30-da ABŞ tərəfinin təşəbbüsü ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı Suriya böhranı, o cümlədən Hələbdəki son vəziyyət və ölkəyə humanitar yardımın çatdırılması məsələsi müzakirə edilib. Tərəflər adıçəkilən məsələlər ətrafında fikir mübadiləsi aparıb, yaxın gələcəkdə görüləcək mümkün tədbirləri müzakirə ediblər”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR