Xırdalanda evə basqın edən maskalı şəxslər ev sahiblərini döyərək mənzildən külli miqdarda pul aparıblar

Xırdalanda evə basqın edən maskalı şəxslər ev sahiblərini döyərək mənzildən külli miqdarda pul aparıblar
# 22 yanvar 2016 08:46 (UTC +04:00)

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, ev 77 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Cabir Nəbiyevin evinə girən maskalı və əlisilahlı 3 nəfər ev sahibini və onun oğlu Ələsgər Nəbiyevi döyərək əl-qolunu və ağzını yapışqanla bağlayıblar. Maskalı şəxslər evdən 23 min manat pul və qızıl-zinət əşyalarını götürərək mənzili tərk ediblər.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulublar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR