Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 25 ilin Azərbaycan üçün tərəqqi və inkişaf illəri olduğunu söyləyib.
O, Azərbaycan xalqının müstəqillik uğrunda ötən əsrin 80-ci illərindən başlayan mübarizəsindən, tarixi şansdan istifadə edilərək müstəqil dövlətimizin yaradılmasından, ortaya çıxan çətinliklərdən və qazanılan uğurlardan danışıb.
Sonra YAP-ın gənc fəalları çıxış ediblər. Onlar Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu istiqamətində görülmüş işlərdən, Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.
Tədbir konsert proqramı ilə davam edib.