Azərbaycanda dənizçilik şirkətinə və gəmilərə şəhadətnamələrin verilməsi qaydası müəyyənləşib

Azərbaycanda dənizçilik şirkətinə və gəmilərə şəhadətnamələrin verilməsi qaydası müəyyənləşib
# 18 avqust 2016 23:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamədə şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı, şəhadətnamənin adı, şəhadətnamənin qeydiyyat nömrəsi, şəhadətnamə verilən şirkətə Beynəlxalq Dəniz Təşkilatı (BDT) tərəfindən verilən identifikasiya nömrəsi, şəhadətnamə verilən şirkətin adı və hüquqi ünvanı, şirkətin istismar edə biləcəyi gəmilərin tipi, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq şirkətdə aparılmış son yoxlama tarixi, şəhadətnamənin verildiyi yer, tarix, şəhadətnamənin müddəti, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, illik yoxlamanın keçirilməsinə dair qeyd, imza və möhür yeri əksini tapmalıdır.

Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamədə şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı, şəhadətnamənin adı, şəhadətnamənin qeydiyyat nömrəsi, gəminin adı, tipi, gəminin çağırış siqnalı, gəminin qeydiyyat limanı, gəminin ümumi tutumu, gəminin BDT nömrəsi, gəmini istismar edən şirkətə BDT tərəfindən verilən identifikasiya nömrəsi, gəmini istismar edən şirkətin adı və hüquqi ünvanı, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmidə aparılmış son yoxlama tarixi, şəhadətnamənin verildiyi yer, tarix, şəhadətnamənin müddəti, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ara və əlavə yoxlamaların keçirilməsinə dair qeyd, imza və möhür yeri əksini tapmalıdır. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin yuxarı hissəsində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tam adı və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri əks olunur. Şəhadətnamələrin üzərindəki məlumatlar Azərbaycan və ingilis dillərində göstərilir.

Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün Administrasiyaya ərizə təqdim edirlər. Sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Administrasiyanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Administrasiyaya təqdim olunur. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Administrasiyaya müraciət edə bilər. Azərbaycan qanunları ilə daha qısa müddət müəyyən edilməyibsə, Administrasiya təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

Şəhadətnamənin dublikatı itirilmiş və ya zədələnmiş Şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir. Şəhadətnamənin qüvvəsi şəhadətnamənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, şəhadətnamənin sahibi Şəhadətnamənin verilməsi şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair Administrasiyanın göstərişlərini yerinə yetirmədikdə dayandırılır. Şəhadətnamə Administrasiya tərəfindən 5 il müddətinə verilir. Şəhadətnamə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, şəhadətnamənin müddəti bitdikdə, şəhadətnamənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə, məhkəmənin müvafiq qərarı olduqda, şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə riayət olunmadıqda ləğv edilir dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə ləğv edildikdə, şirkətin sahibliyində olduğu gəmilərə verilmiş müvafiq şəhadətnamələr də ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR