Hava yağmursuz keçəcək, duman olacaq

Hava yağmursuz keçəcək, duman olacaq
# 09 may 2017 09:49 (UTC +04:00)

Mayın 10-da Bakı  və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

 

Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

ETSN-dön APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR