Bakı-APA. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus kolbasa sexinin ərazisində ümumi sahəsi 25 m² olan qazanxananın dam örtüyü yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sex yanğından mühafizə olunub.
Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.