Mədət Quliyev Çin səfiri ilə görüşüb

Mədət Quliyev Çin səfiri ilə görüşüb
# 15 avqust 2016 16:23 (UTC +04:00)

Bakı-APA. Avqustun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və sosial-iqtisadi sahədə uğurla həyata keçirilən islahatlar, bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlər dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

Dövlətlər arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirən cənab Vey Cinhua ölkəsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini söyləyib.

Görüşdə terrorçuluq, separatçılıq və ekstremizmin bütün təzahürləri ilə mübarizədə iki ölkənin mövqeyinin üst-üstə düşdüyü, bu sahədə əməkdaşlığın daim genişləndirilməsinin vacibliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR