Ağcabədidə 60 yaşlı tibb bacısını öldürənlər tutulub - YENİLƏNİB

Ağcabədidə 60 yaşlı tibb bacısını öldürənlər tutulub - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2016 19:42 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədi rayonunda 60 yaşlı Kamilə Əhmədovanı öldürənlərin kimliyi məlum olub.

Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Rauf Məmmədov APA-nın Qarabağ müxbirinə bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Mənsimov Cəlal Məhəmmədəli oğlu və İsayev Samir Famil oğlu törətdikləri cinayəti etiraf ediblər.

Saxlanılan şəxslər 60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.

***

saat 18.27

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğundan APA-ya şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR