Bakı – APA. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
ASAN Xidmətin İnformasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, həmin gün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.
Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.