Bakı-APA. ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox adam Şimali Karolina ştatında ölüb. Burada təbii fəlakət 7 nəfərin həyatına son qoyub.
Ölüm halları həmçinin Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.
“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa Haitidə 877 nəfərin ölümünə səbəb olub.